Fransa 2025-ci ilin birinci rübündə 26 “Miraj-2000-5” qırıcısından 3-nü Ukraynaya verəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Tribun” nəşri mənbələrə istinadla məlumat yayıb.
“Mika” hava-hava raketlərindən əlavə, bu üç “Miraj” ukraynalıların tələbi ilə hava hücumları üçün AASM (“Safran”) bombaları və “Scalp” qanadlı raketləri, həmçinin iki 30 mm-lik topla silahlanacaq”, – məlumatda qeyd olunub.