Fransa Sudandakı səfirliyini bağladı

Fransa Sudandakı səfirliyini bağladı

Fransa ölkənin Sudandakı diplomatik nümayəndəliyini bağlayıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransanın Sudandakı səfirliyi növbəti bildirişə qədər bağlıdır. O, artıq Xartumu tərk etmək istəyən vətəndaşlar üçün toplanma məntəqəsi kimi xidmət etmir. Səfirlik Parisdən fəaliyyətini davam etdirəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, Fransa atəşkəs rejiminə və Sudanda siyasi prosesin bərpasına töhfə verməyə hazırdır:

“Səhər saatlarında Fransa Sudandan 380-dən çox insanı, o cümlədən fransızlar və bir sıra digər ölkələrin vətəndaşlarını təxliyə edib”.

Teqlər: