Fransa spikerinin İrəvandakı bəyanatı erməniləri dəli etdi

Fransa spikerinin İrəvandakı bəyanatı erməniləri dəli etdi

Ermənistan hakimiyyəti Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyətinin ölkə üçün mühüm əhəmiyyət kəsb edən səfərini çox diqqətlə təşkil edib. Yael Braun-Pive isə İrəvanda iki diqqətçəkən bəyanatla çıxış etdi: Laçın yolunun bağlanması ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsindən danışarkən o, “problemin sülh vasitəsilə həlli yolları tükənməyib”, Qarabağın müstəqilliyinin tanınmasına gəlincə isə “Paris bunu beynəlxalq hüquq normaları əsasında etmir” dedi.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Nəticədə İrəvan səfəri zamanı bizimkindən daha çox Azərbaycanın xarici siyasət arsenalında istifadə oluna biləcək bəyanatlar səslənib. Bu, bizim diplomatiyamızın, xarici siyasətimizin keyfiyyəti məsələsidir. Qarabağın statusundan danışılır və Qərbin Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyinə dair aydın mesaj verilir. Bir neçə aydır ki, Ermənistanda mövcud hakimiyyət tərəfindən idarə olunan “Qərb seqmenti” cəmiyyətimizə vaxtaşırı saxta gündəm gətirir: deyir ki, əgər biz xarici siyasət oriyentasiyamızı dəyişsək, bu, Qarabağ probleminə müsbət təsir göstərəcək. Onlar deyirlər ki, Qərb təhlükəsizlik məsələlərində bizə dəstək verməyə hazırdır. İrəvan Rusiyanın imicini pisləşdirir və Qərbi xilaskar kimi təqdim edir. Spikerin səfəri və verdiyi bəyanatlar kontekstində isə biz reallığı, yəni qərbpərəstlərimiz tərəfindən hazırlanmış saxta gündəmlə məşğul olduğumuzu gördük”, – o bildirib.

Politoloq səfər nəticəsində cəmiyyətdə müəyyən antifransa ovqatının yaranacağını istisna etmir:

“Amma Ermənistanla Fransa arasında həmişə xüsusi münasibətlər olub. Və bu gün Ermənistanda aparılan daimi antirusiya əhval-ruhiyyəsi rəhbərliyin günahıdır. Bu, bizim hakimiyyət orqanlarının yanlış siyasətinin nəticəsidir, çünki hökumətimiz öz fəaliyyətsizliyini gizlədir. Bu və ya digər ölkəyə hansısa missiyanı həvalə edir. Təbii ki, bu ölkələrin birinci şəxslərindən heç biri hakimiyyət orqanlarına problemin həllinə dair söz vermir. Ermənistan hökuməti məsuliyyəti başqa ölkələrin üzərinə atmamağı öyrənməlidir”.

Teqlər: