UEFA Millətlər Liqasında III turun növbəti görüşləri baş tutub.
AzerTimes xəbər verir ki, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma təşkil olunub.
A Liqasında 1-ci qrupun görüşlərində Avstriya Fransa üzərində qələbəni əldən verib – 1:1. Son dünya çempionlarını məğlubiyyətdən Kilian Mbappe xilas edib. Lider Danimarka isə Xorvatiyaya uduzub.
B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutub. Bu görüş Albaniya və İsrail arasında olub. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunalşıb – 2:1. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.
C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla uduzub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.
D Liqasında 1-ci qrupun görüşlərində isə Moldova ardıcıl üçüncü məğlubiyyətini evdə Latviyadan alıb – 2:4. Andorra isə evdə Lixtenşteyni məğlub etməyi bacarıb – 2:1.