Fransa şirkəti Azərbaycana dəmir yollarının ekoloji inkişafında əməkdaşlıq təklif edir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Fransanın “Schneider Electric” şirkəti Azərbaycana dəmir yollarının inkişafı sahəsində “yaşıl” həllər təklif edir.

AzerTimes-ın məlumatına görə, bunu şirkətin Mərkəzi Asiya ölkələri üzrə baş meneceri Dan Vlaşeanu “Dəmiryol nəqliyyatının və elektrovozların dartqı sisteminin elektrik təchizatının səmərəliliyinin artırılması” adlı tədbir zamanı deyib.

O bildirib ki, “Schneider Electric” “Azərbaycan Dəmir Yolları” QSC-ni müasir texnologiya və müasir həllərlə təmin edir. Onun sözlərinə görə, şirkətin təqdim etdiyi həllər qatarların idarə olunması prosesini mərkəzləşdirməyə və avtomatlaşdırmağa kömək edir:

“Azərbaycanın milli inkişaf strategiyasına uyğun olaraq, biz ekoloji təmiz və bu sahənin ekoloji baxımdan inkişafına xidmət edən “yaşıl” həllər təklif edirik. Bundan başqa, biz texnologiyalarımız vasitəsilə dəmiryol infrastrukturunu daha dayanıqlı və etibarlı edirik”.

(Tərcümə: Orxan Nəbiyev)