Rusiya ikinci yeri Fransaya uduzaraq dünyanın ən böyük silah ixracatçıları arasında üçüncü yeri tutdu, ABŞ lider olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında deyilir.
“ABŞ-ın silah ixracı 17% artıb və onun ümumi qlobal silah ixracındakı payı 34%-dən 42%-ə yüksəlib. ABŞ 2019-cu ildən 2023-cü ilə qədər 107 ölkəyə əsas silah tədarük edib ki, bu da əvvəlki beş illik dövrdən çox, digər silah ixracatçısından isə qat-qat artıqdır. Fransanın silah ixracı 2019-23-cü illərdə əvvəlki beş illik dövrlə müqayisədə 47% artıb. Fransanın silah ixracının artması əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlı olub.
ABŞ, Fransa və Rusiyadan sonra digər 10 ən böyük silah ixracatçısına gəlincə, onlardan ikisində ixracda artım müşahidə edilib: İtaliya (+86%) və Cənubi Koreya (+12%), beş ölkədə isə azalma var: Çin (- 5,3%), Almaniya (-14%), Böyük Britaniya (-14%), İspaniya (-3,3%) və İsrail (-25%)”, – məlumatda deyilir.