Fransa ədliyyə orqanları ölkənin sabiq səhiyyə naziri Anyes Büzinə qarşı araşdırmalara başlayıb.
Bu barədə Fransanın “Mediapart” nəşri bildirib.
Məlumata əsasən, araşdırmalar COVID-19-un yayılması ilə əlaqədar sanitar böhran zamanı insan həyatı üçün təhdidlərlə bağlı faktlar üzrə, eləcə də koronavirusun yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün A.Büzin tərəfindən lazımi tədbir görülmədiyinə görə başlanılıb.
Qeyd olunub ki, hazırda o bu araşdırma çərçivəsində “əlavə şahid” qismində iştirak edir.
A.Büzin 2017-ci ilin mayından 2020 -ci ilin fevralına qədər Fransa Səhiyyə Nazirliyinə rəhbərlik edib.