Fransa səfiri Rəisidən tələb etdi: Onları azad et!

Fransa səfiri Rəisidən tələb etdi: Onları azad et!

Fransanın Tehrandakı yeni səfiri Nikola Roş İran Prezidenti İbrahim Rəisi ilə görüşü zamanı 7 Fransa vətəndaşının dərhal azad edilməsini tələb edib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Fransua Delmas məlumat verib.

“Fransanın Tehrandakı yeni səfiri İbrahim Rəisi ilə görüşdə Fransa vətəndaşlarının dərhal azad edilməsi tələbini açıq şəkildə vurğulayıb və bu 7 nəfərin İran həbsxanalarında saxlanması şərtlərini qəbuledilməz adlandırıb”, – Delmas deyib.

Teqlər: