Fransa səfiri Füzulidə minaya düşən azərbaycanlı barədə paylaşım edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros mayın 28-də Füzuli
rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşməsi ilə
bağlı “Twitter” səhifəsində paylaşım edib.

Trend xəbər
verir ki, səfir xəbəri təəssüflə qarşılayıb və ona tam sağalmağı
arzu edib.

Z.Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləmə
əməliyyatları üçün detektorlar və alət dəstləri almaqla
Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.

Teqlər: