Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim.
AzerTimes xəbər verir ki, bu sözləri Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon Tvitterdə yazıb.
“Azərbaycan xalqına, Xarici İşlər Nazirliyində çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm”, – paylaşımda qeyd edilib.