Fransa “sanitar buraxılış vərəqəsi” rejiminin yumşaldılmasını istisna etmir

Fransanın əmək naziri Elizabet Born, “COVID-19” ilə bağlı vəziyyətin yaxşılaşması ilə əlaqədar “sanitar buraxılış vərəqələri” rejiminin bəzi məhdudiyyətləri tezliklə ləğv edə biləcəyini açıqlayıb.

AzerTimes-ın məlumatına görə, nazir deyib: “Səhəyyə sahəsində vəziyyət yaxşılaşır. Bu vəziyyət bərkiyərsə biz qaydaları yumşalda bilərik”


Nazir müvafiq qərarın yaxın günlərdə veriləcəyini bildirib.