Fransa Rusiyanın 6 diplomatını “persona non-qrata” elan edib

Fransa Rusiyanın ölkədəki 6 diplomatını “persona non-qrata” elan
edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər
Nazirliyinin açıqlamasında deyilir.

“Uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik üzrə Baş
İdarə aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin
ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı üzə çıxarıb.

Diplomatik pərdə altında fəaliyyət göstərən və fəaliyyətləri
milli maraqlarımıza zidd olan altı Rusiya agenti persona non-qrata
elan edilib”, – deyə açıqlamada bildirilir.