Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib ki, Fransanın Rusiya ilə qarşıdurmasını təsəvvür edə bilmir.
AzerTimes xəbər verir ki, o, bu barədə “Le Figaro” qəzetinə müsahibəsində deyib.
“Lev Tolstoy ölkəsi ilə Onore de Balzak ölkəsinin müharibəyə getdiyini ağlıma belə gətirə bilmirəm. Bunun nəticələrini düşünən varmı?” – o bildirib.
Onun fikrincə, dünya vulkanın kənarında rəqs edir, sülh yolu ilə həll yollarını axtarmaq lazımdır.