Fransa Qəzza zolağında humanitar fəaliyyətlərin maliyyələşdirilməsi üçün ən azı 10 milyon avro ayıracaq.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna məlumat verib.
“Hazırda BMT Qəzzaya humanitar yardımın çatdırılmasına cavabdehdir, lakin İsrail hakimiyyəti yardım maşınlarının keçməsinə icazə verməyib. Mən Qəzzaya aparan bütün nəzarət-buraxılış məntəqələrinin açılaraq blokadadan çıxarılmasına çağırıram”, – o bildirib.