“Fikir ayrılığına baxmayaraq, Fransa və Rusiya Ukrayna böhranında əməkdaşlıq etməlidir”.
Bu sözləri Fransa prezidenti Emanuel Makron deyib.
Prezident əlavə edib ki, hətta fərqli yollardan getmək belə əməkdaşlığa təsir etməməlidir: “Bu əməkdaşlığın davam etdirilməsi gələcəkdə yarana biləcək hər hansı anlaşmazlığın da qarşısını alacaq”.