Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pyer de Vilye istefa verib.
Baş Qərargah rəisi bu qərarı müdafiə sahəsində büdcənin azaldılmasına dair məsələdə ölkə Prezidenti Emmanuel Makronla yaranmış münaqişə fonunda qəbul edib.
Qeyd olunur ki, istefadan bir qədər əvvəl onun səlahiyyətləri 2018-ci ilin iyulunadək uzadılmışdı.