Fransanın Val-de-Marn departamentində polis sərxoş şəxsi güllələyib.
AzerTimes Azərtac-a istinadən xəbər verir ki, sərxoş şəxs xidmət aparan polis əməkdaşlarına oyuncaq silah tuşlayıb və onları təhdid edib.
Fransa Polisinin Baş Müfəttişliyi bildirir ki, polis nəfəri aqressiv şəxsə 3 dəfə atəş açsa da, onlardan yalnız biri hədəfə dəyib. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.
Fransa Polisinin Baş Müfəttişliyinin statistikasına görə, 2022-ci ildə polis əməkdaşları 38 nəfərin ölümünə səbəb olub. Bu şəxslərin 22-ci birbaşa odlu silahla öldürülüb.