Fransa hakimiyyəti söz verdiyi kimi, Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot elan edən bir sıra Qərb ölkələrinə qoşulmadı.
AzerTimes-ın məlumatına görə, bunu Fransanın Avropa İşləri üzrə Dövlət Katibi Kleman Bon RTL radiostansiyasının efirində deyib.
“Oyunlarda idman naziri Roksana Marasinyanu iştirak edəcək. O, yəqin ki, açılış mərasimində olmayacaq, amma Olimpiada zamanı idmançılarımızı dəstəkləməyə gedəcək”, – deyə K.Bon bildirib.
Xatırladaq ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron Olimpiadanın diplomatik yolla boykot edilməsi ideyasını mənasız hesab etdiyini söyləmişdi.