UEFA Millətlər Liqasında IV turun növbəti matçları baş tutub.
AzerTimes xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutub.
A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı qəbul edib. Görüş meydan sahiblərinin 2-0 qələbəsi ilə yekunlaşıb. Fransa isə Xorvatiya ilə ev matçında məğlubiyyətə uğrayıb – 0:1.
Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olub. Matç məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 10-a çatdıran Qazaxıstan ən yaxın izləyicisini 4 xal geridə qoyub. Azərbaycan millisi isə qrupda ilk qələbəsini Belarus üzərində qazanaraq, 4 xalla 3-cü pilləyə yüksəlib.