Fransa ordusunun ən böyük hərbi təlimi başladı

Fransa ordusunun ən böyük hərbi təlimi başladı

Fransa ordusunun son illərdə ən böyük hərbi təlimi başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Le Fiqaro” qəzeti məlumat yayıb.

Ölkənin müdafiə naziri Sebastian Lekornunun sözlərinə görə, hazırkı təlimlər “bir çox onilliklər ərzində” ən böyük təlimə çevrilib. Ümumilikdə quru, dəniz və hava qüvvələrinin, eləcə də kosmik, informasiya və kibertəhlükəsizlik sektorunun bölmələrinin 20 minə yaxın hərbi qulluqçusu iştirak edir.

“2 aydan çox davam edəcək bu təlimlər qüvvələrimizi müasir müharibənin ən çətin vəziyyətlərinə hazırlamaq üçün nəzərdə tutulub və ordumuz yüksək intensivlikli münaqişələrdə cavab vermək və müqavimət göstərmək iqtidarında olduğunu nümayiş etdirir”, – Lekornu bildirib.

Teqlər:
Əvvəlki xəbər