Fransa 10 ildən sonra Afrikadakı hərbi missiyasını tamamlayır.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa lideri Emmanuel Makron deyib.
O bildirib ki, yeni strategiya afrikalı partnyorlarla işlənib hazırlanacaq:
“Qərara gəldim ki, partnyorlarımızın razılığı ilə “Barxan” (Malidə) əməliyyatının başa çatdığını bu gün elan edim. Bu addım bizim son aylar yaşadıqlarımızın nəticəsidir.
Afrika ölkələrinə hərbi dəstəyimiz davam edəcək, lakin yeni prinsiplərə uyğun”.
Qeyd edək ki, Makron Mali hakimiyyəti ilə əlaqələr pisləşdiyi üçün qüvvələrini bu ölkədən çıxarmışdı. Ancaq Burkina Faso, Çad və Nigerdə 3 minə yaxın fransız əsgəri qalmaqdadır.