Nigerdə hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən üsyançılar Fransanı ölkənin hava məkanını pozmaqda ittiham edir.
AzerTimes xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Üsyançıların sözlərinə görə, Fransanın hərbi təyyarəsi yerli vaxtla saat 06:01-də Çadın paytaxtı Ncamenadan havaya qalxıb. Saat 06:39-da Nigerin hava məkanına daxil olarkən aviadispetçer xidməti ilə əlaqəni kəsib. Təyyarənin yerli vaxtla saat 11:15-ə qədər ölkənin hava məkanında olduğu iddia edilir.
Xatırladaq ki, Niger avqustun 6-da xarici müdaxilədən ehtiyatlanaraq hava məkanını bağlayıb.