Fransa müstəmləkələrinin müstəqilliyi tanınsın – Deputat

Fransa müstəmləkələrinin müstəqilliyi tanınsın – Deputat

Bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elnur Allahverdiyev Fransa Senatının qəbul etdiyi qərəzli qətnaməni sərt şəkildə tənqid edib.

AzerTimes xəbər verir ki, deputatın fikrincə Azərbaycan həm hökumət, həm də qanunverici səviyyədə Fransanın adekvat cavabını verməlidir.

“Fransa Senatı Azərbaycana münasibətdə qərəzli, beynəlxalq hüquqa həqarət, Fransanın özünün imzası olduğu sənədlərə zidd olan qətnamə qəbul edib və faktiki olaraq bizim ərazi bütövlüyümüzü şübhə altına alıb. Hesab edirəm ki, Azərbaycan bir sıra cavab tədbirlərinə əl atmalıdır. Bildiyiniz kimi, Fransa vaxtilə yerli əhalinin qanı hesabına dünyanın müxtəlif yerlərində əraziləri öz tərkibinə qatıb. Bu müstəmləkələr müstəqilliyə can atsalar da, Fransa dövləti tərəfindən buradakı azadlıq hərəkatları zorla boğulur. Bunlardan ikisinə diqqət yetirməyimiz vacibdir. Birincisi Yeni Kaledoniyadır. Fransanın xüsusi administrativ hissəsi hesab edilir. Əhali yerlilərdən – kanaklardan və Fransadan gələnlərdən ibarətdir. Yerlilər müstəqillik tərəfdarlarıdırlar. Müstəqillik Uğrunda Milli İttifaq partiyası Qoşulmama Hərəkatında müşahidəçi qismində iştirak edir. 2021-ci ildə Fransanın nəzarəti ilə keçirilən qurama referendumda yerli əhali iştirak etməyib və nəticədə iştirak edən 44%-in 94% Fransanın tərkibində qalmağa səs verib. Başqa sözlə, yerlilərin iradəsi rədd olunub. Hesab edirəm ki, biz Qoşulmama Hərəkatındakı sədrliyimizdən istifadə edib Yeni Kaledoniyanın müstəqillik istəyini aktuallaşdıra və üzv dövlətləri onun müstəqilliyini tanımağa səsləyə bilərik.

İkincisi isə Mayottadır. Yeni Kaledoniya kimi Mayottanın da müstəqillik istəyi Fransanın müstəmləkəçi siyasəti tərəfindən boğulur. Mayotta Komor adalarına daxıldir. Baxmayaraq ki, Komor adaları müstəqil dövlətdir, Fransa Mayottanı nəzarəti altında saxlayır. Komor adaları müsəlman ölkəsidir. Düşünürən ki, onun müstəqilliyinin tanınması üçün islam dövlətlərinin təmsil olunduğu və bizim də fəal iştirak etdiyimiz təşkilatlar əlverişli platformadır. Həm hökumət, həm də qanunverici orqan səviyyəsində”, – deyə deputat qeyd edib.

Teqlər: