Fransa “Miraj 2000” qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
Onun sözlərinə görə, təyyarələr çatdırılmazdan əvvəl ən müasir avadanlıqlarla təchiz ediləcək:
“Modernləşdirilmiş təyyarə 2025-ci ilin birinci yarısında təhvil verilməyə hazır olmalıdır. Modernləşdirilmə işləri Jirondakı Kazo aviabazasında aparılır”.