Fransa “Miraj 2000” qırıcılarının Ukraynaya verilməsini nəzərdən keçirir və Polşada ukraynalı pilotların təliminə başlaya bilər.
AzerTimes xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Məlumata görə, bu məlumatı ölkənin müdafiə naziri Sebastyan Lekornyu da təsdiqləyib.
Nazirin sözlərinə görə, 2022-ci ilin yayında istismardan çıxarılaraq anbarda saxlanılan 12 qırıcının Ukraynaya verilməsi məsələsi müzakirə edilir.