ATƏT Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Ermənistanın Ağdam rayonunun mina xəritələrini verməsi müqabilində Azərbaycanın 15 saxlanan ermənini azad etməsini alqışlayır.
Trend bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Nazirliyin bəyanatında qeyd olunub ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması məqsədilə tərəflər arasında gərginliyin azaldılması və etimadın bərpasına xidmət edən bütün addımlar vacibdir:
“Fransa tərəfləri atəşkəsə tam əməl etməyi, 2020-ci il 10 noyabr sazişinin öhdəliklərini tam və səmərəli şəkildə icra etməyi davam etdirməyə çağırır”.
(Tərcümə: Orxan Nəbiyev)