Fransa – Mərakeş matçını onlar idarə edəcək

Fransa – Mərakeş matçını onlar idarə edəcək

Dünya çempionatında Fransa və Mərakeş milliləri arasında keçiriləcək yarımfinal oyununa hakim təyinatları açıqlanıb.

AzerTimes xəbər verir ki, matçı meksikalı hakim Sezar Ramos idarə edəcək.

Ona yan xətt hakimləri Alberto Morin və Migel Ernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək.

Kanadalı Drü Fişer VAR hakimi, kolumbiyalı Nikolya Qallo isə onun köməkçisi olacaq.

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq Fransa – Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Teqlər: