Fransa məktəblərində müsəlman geyimləri qadağan edilir

Fransa məktəblərində müsəlman geyimləri qadağan edilir

Fransa hakimiyyəti məktəblərdə əbayəların – bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.

“Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etməkdir. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, – o bildirib.

Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.

Teqlər: