Avropa çempionatının yarımfinal mərhələsində İspaniyaya (1:2) məğlub olaraq mübarizəni dayandıran Fransa millisinin baş məşqçisi Didye Deşamla bağlı qərar verilib.
AzerTimes xəbər verir ki, 56 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək. Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo məlumat verib. Federasiya rəhbəri yığmanın çıxışı ilə bağlı gələcək günlərdə iclas keçirəcəklərini bildirib.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Komanda onun başçılığı altında 2018-ci ildə dünya çempiontının qalibi olub. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.