Fransa KİV-ləri Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən etdiyi çıxışın tam mətnini yayıblar.
AzerTimes xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi Prezident İlham Əliyevin çıxışının tam mətnini fransız dilinə tərcümə edərək bu ölkədə akkreditə olmuş diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara və yerli kütləvi informasiya vasitələrinə göndərib.
Dövlətimizin başçısı çıxışında bildirilib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, erməni işğalından azad edilmiş Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılıb. Bu şəhərdə də yenidənqurma işlərinə başlanılıb.
Bu addımı atmaqda səfirliyin məqsədi Fransada ölkəmizə qarşı yayılan dezinformasiyanın qarşısını almaq, diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara regionla bağlı reallıqları çatdırmaq, eləcə də fransız kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə tirajlanan qərəzli məlumatların qarşısını almaqdır. Səfirlik bununla, eyni zamanda, Azərbaycanın məsələ ilə bağlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırıb.