Fransa hakimiyyəti COVID-19-un yayılması ilə mübarizə aparmaq üçün sərhəd nəzarətini gücləndirib sanitar vəziyyəti ən ağır olan ölkələrin əlavə kateqoriyasını tətbiq edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində yazıb.
Nazirlik qeyd edib ki, 12 yaşdan yuxarı bütün şəxslər Fransaya daxil olarkən konkret şərtlərdən asılı olaraq 48 saatdan və ya 24 saatdan gec olmayaraq PCR testi və ya antigen testi təqdim etməlidirlər.
Bildirilib ki, yeni qaydalar yerli vaxtla dekabrın 4-də gecə yarısından qüvvəyə minir.
Bundan əlavə, Fransada COVID-19-un və xüsusən də yeni “omikron” ştamının yayılması ilə bağlı son dərəcə çətin ağır olan ölkələri göstərmək üçün əlavə rəng tətbiq ediləcək.