Fransa KİV “Bayraqdar”dan yazdı: səsdən sürətli PUA…

Fransa KİV “Bayraqdar”dan yazdı: səsdən sürətli PUA…

Türkiyə “Bayraqdar” PUA-ları ilə ciddi şəkildə gəlir əldə edir.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın “Francetvinfo” saytı məlumat yayıb.

“Dünyada baş verən müharibələr türk PUA-larının nüfuzunu daha da artırır. Sözügedən PUA-lar Türkiyəni dünyanın bir çox bölgəsində əvəzolunmaz təchizatçı edir. Ukraynada müharibənin ilk günlərində “Bayraqdar TB2”lər Rusiyanın zirehli texnikalarına və ya helikopterlərinə qarşı özünü sübut etdi”, – məlumatda bildirilib.

Sayt eyni zamanda, “Qızıl alma” PUA-sına da toxunub:

“Baykar” şirkəti yeni PUA-lar istehsal etməkdə davam edir. İndi də səsdən sürətli döyüş PUA-sının istehsalına başlayıb. Bu PUA-lar Türkiyə üçün çox mühüm qazanc mənbəyi hesab edilir. Digər tərəfdən, “Bayraqdar TB2” PUA-sının ixracı Türkiyə iqtisadiyyatına təxminən 1 milyard dollar qazandırıb”.

Teqlər: