Fransa Karapetyanın malikanəsinə həbs qoydu

Fransa Karapetyanın malikanəsinə həbs qoydu

Fransa məhkəməsi erməni əsilli rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın şəxsi evinə həbs qoyub.

AzerTimes xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Rokebrün-Kap-Marten kommunasında yerləşən 120 milyon dollarlıq malikanə rəsmən Karapetyana məxsusdur. Lakin Paris Prokurorluğu real benefisiarın “Qazprom”un törəməsi olan “Qazpromneft” olduğunu bildirib.

Qeyd olunub ki, dəbdəbəli malikanə bir neçə mərtəbədən ibarətdir. Həyətində üç hovuzu, tennis kortu və helikopter meydançası var.

Teqlər: