2021-ci ildə Fransa Birinci Qarabağ müharibəsində hələ də itkin düşmüş 4000-ə yaxın azərbaycanlının axtarışında gördüyü işlərə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə yarım milyon avrodan çox könüllü töhfə verib.
AzerTimes xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross özünün “Twitter” hesabında yazıb.
Xatırladaq ki, 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb. Ermənistan tərəfi bununla bağlı bütün məsuliyyətlərdən boyun qaçırır.