Fransa istəyirsə, bizi dəstəkləyə bilər – Zaxarova

Fransa istəyirsə, bizi dəstəkləyə bilər – Zaxarova

Fransanın ideoloji hərəkətləri dünyanın bəzi ölkələrində və regionlarındakı vəziyyətin sabitliyinin pozulmasına səbəb olub.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova Fransa Prezidenti Emmanuel Makronun terror təşkilatlarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmaq təklifini dəyərləndirib:

“Bu təklif Yaxın Şərqdə silahlı qarşıdurmaların artmasına və başqa ölkələrin də məsələyə qarışmasına səbəb ola bilər. Parisin ideoloji hərəkətləri çox vaxt əks-effekt verir. Bu, yalnız dünyanın bəzi ölkələrində və regionlarında vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır. Əgər Fransa həqiqətən də regionda atəşkəs rejiminin yaradılmasını istəyirsə, bunun diplomatik yollarla həll edilməsinə dair mövqeyimizi dəstəkləyə bilər”.

Teqlər: