Fransa İsraili kəskin şəkildə qınadı

Fransa İsraili kəskin şəkildə qınadı

Fransanın xarici işlər naziri Ketrin Kolonna İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərin öldürülməsini pisləyib.

AzerTimes xəbər verir ki, o, bu barədə “Frans İnter” (France Inter) radiosuna müsahibəsində deyib.

“İordan çayının qərb sahilində ekstremist israilli mühacirlər bir neçə yüz fələstinlini öldürüblər. 7 oktyabrdan indiyə qədər 200 nəfər öldürülüb və bu, qəbuledilməzdir.

Bu, İsrail kimi demokratik ölkəyə yaraşmaz, biz bunu qınayırıq”, – deyə Kolonna bildirib.

Nazir həmçinin qeyd edib ki, İsrailin zərbələri nəticəsində Qəzza zolağında minlərlə dinc sakin həlak olub.

Teqlər: