Fransa hökuməti İsrail müdafiə şirkətlərinin noyabrın 4-dən 7-dək Villepintedə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan “Avronaval”da iştirakını qadağan edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl İsrailin Parisdə keçirilən “Avrosatori” silah sərgisində də iştirakına qadağa qoyulmuşdu, lakin sərgi günü məhkəmə bu qərarı ləğv etdi.