Fransa İrəvandakı səfiri rüşvətə görə geri çağırdı

Fransa İrəvandakı səfiri rüşvətə görə geri çağırdı

Xəbər verdiyimiz kimi, Fransa Ermənistana Olivye Dekottinyeni yeni səfir təyin edib.

AzerTimes xəbər verir ki, bu məlumatın ardınca Fransanın hazırkı səfirinin geri çağırılması ilə bağlı səbəblərə diqqət yetirilib. Bildirilib ki, hazırkı səfir Ann Luyonun təyinatından heç iki ildə keçməyib. Belə ki, o, 2021-ci ilin avqustun sonunda Ermənistana səfir təyin edilib. Onun vaxtından əvvəl vəzifəsindən geri çağırılmasının səbəbi isə korrupsiya ittihamı ilə bağlıdır.

Qeyd edilir ki, fransalı araşdırmaçı jurnalist, bloger, milliyyətcə erməni olan Leo Nikolyan Ann Luyoya qarşı ciddi mübarizəyə başlayıb. O, 25 noyabr 2022-ci ildə səfirin hesabına 3 milyon 100 min ABŞ dollarının yatırıldığını əks etdirən HSBC bank sənədini dərc edib və səfiri korrupsiyada ittiham edib.

Fransa səfirliyi bütün məlumatları təkzib edib və dərc olunan sənədin saxta olduğunu bəyan edib.

Buna baxmayaraq, An Luyonun geri çağırılmasının bu mübarizədə uduzduğunun nəticəsi kimi təqdim edilib.

Teqlər: