Fransa-İngiltərə matçı Makronla Sunakın söz atışmasına səbəb oldu

Fransa-İngiltərə matçı Makronla Sunakın söz atışmasına səbəb oldu

Fransa və İngiltərə arasında futbol qarşıdurması ölkə rəhbərlərinin də “qarşıdurması”na səbəb olub.

AzerTimes xəbər verir ki, öncə Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında Böyük Britaniya Baş naziri Rişi Sunaka müraciətində yazıb:

“Bugünkü görüşü səbirsizliklə gözləyirəm. Fransa qalib gəlsə, yarımfinalda bizə uğurlar arzulayacaqsınız?”

Sunak da öz növbəsində Makronla razılaşdığını bildirib:

“Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağam. Amma biz razılaşdıq. Gözləyirəm ki, növbəti mərhələdə İngiltərəni dəstəkləyəcəksiniz”.

Qeyd edək ki, hazırda davam edən matçda ilk hissə oynanılır və Fransa 1-0 hesabda öndədir.

Teqlər: