Fransadan göndərilən hərbi texnika Gürcüstandan keçərək Ermənistana tərəf istiqamətlənib.
AzerTimes xəbər verir ki, bu barədə “Kaliber” məlumat yayıb.
Məlumata görə, Fransanın Ermənistan üçün göndərdiyi hərbi texnikalar Gürcüstan ərazisindən keçərək Ermənistan sərhədinə doğru hərəkət edir.
Bildirilib ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan ordusu üçün nəzərdə tutulan Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb.