Fransa hərbi kəşfiyyat rəisi general Erik Vido cəmi 7 ay
vəzifədə qaldıqdan sonra istefaya göndərilib.
Trend xəbər verir ki, bu barədə yerli “L’Opinion” qəzeti
yazır.
Qeyd olunur ki, general “Ukrayna böhranı zamanı kəşfiyyat işində
yol verdiyi nöqsanlara görə” işdən çıxarılıb. Qəzetin yazdığına
görə, Vidonu 52 yaşlı general Jak Lanqlade de Monqro əvəz edə
bilər.
Bundan əvvəl, Fransa hökumətinin sözçüsü Qabriel Attal bildirib
ki, ölkəsi Ukraynadakı hadisələri, o cümlədən Moskva ilə Kiyev
arasında danışıqları diqqətlə izləyir.