Fransa hərbi iqtisadiyyat dövrünə keçir – Makron

Fransa hərbi iqtisadiyyat dövrünə keçir – Makron

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibə səbəbindən 2019-2025-ci illər üçün hərbi proqramlaşdırma haqqında qanuna yenidən baxmağı tapşırıb.

AzerTimes xəbər verir ki, Makron bu barədə beynəlxalq “Avrosatori-2022” silah və hərbi texnika sərgisindəki çıxışında deyib.

“Mən müdafiə nazirindən və Silahlı Qüvvələrin Baş Qərargah rəisindən yaxın həftələrdə geosiyasi hadisələrin fonunda hərbi proqramlaşdırma qanununu yenidən nəzərdən keçirməyi xahiş etmişəm. Fransa hərbi iqtisadiyyat dövrünə daxil olub”, – Makron bildirib.

Teqlər: