Fransa: Hamımızın təhlükəsizliyi Zelenskidən asılıdır

Fransa: Hamımızın təhlükəsizliyi Zelenskidən asılıdır

Fransa istəyir ki, Ukrayna Rusiya üzərində hərbi qələbənin bir hissəsi kimi Krıma da nəzarəti bərpa etsin.

AzerTimes xəbər verir ki, bu barədə CNN Fransa diplomatik mənbələrinə istinadla məlumat yayıb.

Məlumata əsasən, bəyanat iyunun 16-da Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevə səfəri zamanı verilib.

“Biz Krım da daxil olmaqla, ruslar tərəfindən işğal olunmuş bütün ərazilərin bərpa olunması ilə vahid qələbənin tərəfdarıyıq”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, müharibə başa çatdıqdan sonra davamlı sülhün necə qurulduğunu öyrənmək, Ukraynanın təhlükəsizlik təminatlarını düzgün qurmaq və NATO arasında münasibətləri müəyyən etmək üçün danışıqlar aparılmalıdır:

“Xəritə üzərinə hamımızın təhlükəsizliyimiz qoyulub. Hərbi qələbəni Zelenski müəyyən etməlidir”.

Teqlər: