AB və NATO-nun bir hissəsi olan Estoniya Fransadan 12 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi alacaq.
AzerTimes Unikal-a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Estoniya Müdafiə İnvestisiya Mərkəzi 2024-cü ilə qədər 6 ədəd 155 mm-lik özüyeriyən silahın gətirilməli olduğunu bildirib, qalanı isə 2025-ci ilin ortalarına qədər gətiriləcək.
Silahın qiyməti açıqlanmayıb.
Xatırladaq ki, Fransa adıçəkilən silahlardan Ermənistana da verib. Onlar 15 ay ərzində İrəvana çatdırılacaq.