Ermənistan Fransadan quru əsaslı, qısa mənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə AKM Teleqram kanalı məlumat yayıb.
Qeyd edilir ki, tərkibindəki sensorlar sayəsində sistem gecə-gündüz şəraitində işləyə bilir. Yüngül avtomobillərə tətbiq oluna bilən “Atlas-RC/LIC2ORNE” kombinasiyası yüngül çəkisi hesabına dördtəkərli avtomobillərə də tətbiq oluna bilər. “Link 16” sayəsində 8-ə qədər sistem eyni anda koordinasiyada işləyə bilər.
Qeyd edək ki, bundan öncə Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorlarını verəcəyi haqqında da məlumat yayılmışdı.