Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Hələlik bu barədə ətraflı danışa bilmərəm”, – Kolonna qeyd edib.