Fransa öz imkanları daxilində Ermənistana öz xalqını, ərazi bütövlüyünü və suverenliyini qorumaq imkanı verə bilər, yəni İrəvana kömək etmək üçün yeni hərbi epizodun başlanmasını gözləmir.
AzerTimes xəbər verir ki, bunu Fransanın İrəvandakı səfiri Olivye Dekottini Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başladı.
Səfir bildirib ki, Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir:
“Əməkdaşlıq Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və hərbi məsləhətçilərinin həm Ermənistanda, həm də Fransada yenidən hazırlanmasına da aiddir. Müdafiə sahəsində biz Ermənistanı dəstəkləyirik ki, özünü müdafiə edə bilsin”.