Fransa Ermənistana bu sistemləri verəcək – Siyahı

Fransa Ermənistana bu sistemləri verəcək – Siyahı

Fransa və Ermənistan müdafiə nazirlərinin imzaladığı hərbi sazişin detalları məlum olub.

AzerTimes xəbər verir ki, Fransa Ermənistana hərbi texnika, o cümlədən radar sistemləri və hava hücumundan müdafiə sistemləri satdığını elan edib. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, bu texnika “müdafiə xarakteri daşıyır” və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər.

“Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq. Artıq Ukraynada istifadə olunan bu sistem yaxşı aşkarlama imkanları ilə tanınır”, – Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirlər, həmçinin, “Thales” və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar.

Teqlər: