Fransa Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinin başlaması imkanını dəstəkləyir və bu məsələnin həlli üçün sülh mühitinin yaradılmasının vacibliyini qeyd edir.
Trend-in məlumatına görə, bunu erməni KİV-lərinə müsahibəsində Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.
O bildirib ki, Fransa sərhədlərin delimitasiya və demarkasiyasına nail olunmasını vacib hesab edir: “Biz, beynəlxalq ictimaiyyət olaraq, bu proseslərin dinc şəraitdə keçirilməsinə səsləyirik. Aydındır ki, sülh mühitinin yaradılması bu işləri sürətləndirməyə imkan verəcək”.
(Tərcümə: Orxan Nəbiyev)