Fransa Qarabağ münaqişəsində Ermənistana necə kömək etdi? Sadə sual. Ən azı bir nümunə verin. Konkret misal gətirin ki, Fransa bu problemi Ermənistanın xeyrinə həll edib.
AzerTimes xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.
“İki müharibə, ərazi itkiləri, “dqr”in süqutu, Qarabağ ermənilərinin köçürülməsi – Ermənistan qara günlər gördü, bəs o vaxt Fransa harada idi? Niyə Fransa Ermənistanı yalnız sözlə dəstəkləyir, hətta hər şey artıq arxada qaldığı halda? Fransanın nə etdiyini sizə deyimmi? Bizə şirin sözlərlə yaltaqlanır və kömək əlini uzatmadan səssizcə baxmağa başlayır. Qarabağ müharibələri zamanı nə qədər fransız silahı alınıb? Bu müharibələrdə nə qədər fransız ölüb? Başa düşmürsünüz ki, Fransanı nə biz, nə də ölkəmiz maraqlandırır? Parisə bir şey lazımdır: Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt səngiməsin. Fransa heç vaxt bu münaqişənin bir hissəsi olmayacaq, Fransa yalnız erməniləri və türkləri bir-birinə qarşı qoymaqla məşğuldur. Yaxşı, bunu nə vaxt başa düşəcəyik?”, – Aleksanyan bildirib.